Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ”Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

30 aprel 2024 | 17:05

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Tərtər Rayon Uşaq Gənclər Şahmat Məktəbinin akt zalında ümumtəhsil məktəbliləri arasında ”Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov müsabiqəni açıq elan edərək tədbir iştirakçılarını salamlayıb. Sədr Eldar Əsədov Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın rifahı və inkişafı naminə həyata keçirdiyi uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən E.Əsədov dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd edib. Heydər Əliyevin Azərbaycanda elmin və təhsilin inkişafına verdiyi töhfələrdən danışaraq Ümummilli Liderin bu istiqamətdə həyata keçirdiyi sistemli islahatlardan bəhs edərək, Ulu Öndərin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolunu vurğulamış, əbədiyaşar Liderin zəngin irsinin davamlı öyrənilməsinin və gənc nəsil arasında təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olduğunu bildirmişdir.

Rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun əməkdaşları öz çıxışlarında dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, təhsil, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyevin Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyduğunu və onun siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən bu gün həmin missiyanın uğurla davam etdirildiyini qeyd ediblər

İnşa yazı müsabiqəsində fərqlənən şagirdlər YAP Tərtər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

Keçidlər