Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev ili”nə həsr edilmiş şahmat turniri keçirilib

12 yanvar 2023 | 14:46

Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Heydər Əliyev ili”nə həsr edilmiş məktəblilər arasında şahmat turniri keçirilmişdir. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.

Turnirə start verməzdən öncə rayonun mərkəzi meydanında müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib,  abidənin önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində davam edən turnirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov çıxış edərək bildirdi ki, 2023-cü ilin “Heydər Əliyev İli” kimi təsis edilməsi, həmçinin bu istiqamətdə il ərzində həyata keçiriləcək silsilə tədbirlərin təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Sabitlik bütün inkişafın əsasıdır. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı. “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir və müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və UGİŞM-nin direktoru Emin Quliyev çıxış edərək qeyd ediblər ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Sonra turnirin Olimpiya sistemi (uduzan çıxır) ilə keçirildiyi iştirakçıların diqqətinə çatdırıldı.

Yekunda qalib şahmatçılar, YAP Tərtər rayon təşkilatının və Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif ediləcəklər.

Keçidlər