Tərtərdə "Heydər Əliyev İli"nə həsr edilmiş intellektual turnir keçirilib
7-10 mart 2023-cü il tarixlərdə Gənclər mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin "Heydər Əliyev İli" münasibətilə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, Tərtər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun 16 pilot məktəbinin şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon turniri keçirilmişdir.
Əvvəlcə turnir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirdə Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Tərtər rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildirmişlər ki, "Heydər Əliyev İli" çərçivəsində rayonumuzda keçirilən tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi, bütövlükdə müasir Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu münasibətlə də rayonumuzda müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Yarışda l yeri - Umudlu kənd tam orta məktəbin "Volunteers" komandası(3801 xal) , ll yeri - Səhləbad kənd tam orta məktəbin "Zəfər" komandası(1199 xal), lll yeri - Şəhər 2 saylı məktəb-liseyin "Gənclər" komandası(550 xal) və Seydimli kənd tam orta məktəbin "Fatehlər" komandası(550 xal) tutaraq Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif edilmişlər.