Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev İli” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin ailələrinə sovqat paylanıb

06 may 2023 | 11:48

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər rayonundan olan 50 Vətən Müharibəsi şəhidinin ailəsinə ərzaq yardımı edib.

Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Keçidlər