Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir

11 mart 2023 | 12:31

Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da rayon icra hakimiyyətinin Tədbirlər Planına əsasən silsilə tədbirlər keçirilir.

Tədbirlər Planına uyğun olaraq   rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında və Bayraq Meydanında 4 mindən artıq gül və çiçək kolları əkilib. Gül və çiçək kolları əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılıb, səliqə-səhman yaradılıb.

Keçidlər