Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində 8 noyabr Zəfər Günü münasibəti ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda “dəyirmi masa”keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasılnda “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda “dəyirmi masa”keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Ağsaqqallar şurasının nümayəndələri, YAP ərazi ilk partiya təşkilatlarının sədirləri, idarə, müəssisə və təşkilatlardan olan nümayəndələr iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
YAP rayon təşkilatının akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından vətən qibləmiz Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən İlham Əliyev deyirdi: "...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.."
Bu sözlər bir oğul olaraq onun ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan xoşbəxtliyinin parlaq təcəssümü idi...
Bu, həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə xalqa tarixi müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini etibar etdiyi siyasi davamçısı İlham Əliyevin böyük əzm, qətiyyət, iradə ilə ölkəmizi Ümummilli Liderin arzularındakı zirvəyə ucaltmasından duyduğu qürurunun bariz nümunəsi idi.
1993-cü ildə Azərbaycanın başını bürümüş qara buludları dağıdaraq onun üzərinə günəş kimi doğan Ulu Öndərin apardığı mükəmməl daxili və xarici siyasət nəticəsində getdikcə dövlət müstəqilliyimiz möhkəmlənmiş, Ümummilli Liderin şəxsi səyləri, nüfuzu sayəsində Azərbaycan dünya səviyyəsində tanınan ölkəyə çevrilib, on illiklərdən sonra Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımız dalğalandırılıb, yüzminlərlə insanımız vətəndə qəribçilikdən qurtulub, tarixi yurdlarımıza Böyük qayıdış gerçəkləşdirilib, bir sözlə, Azərbaycan Zəfər ölkəsi, xoşbəxtlər diyarı olub.
Bir zamanlar arzularımızda yaşatdığımız bugünkü müasir, inkişaf etmiş, tərəqqiyə yüksəlmiş Azərbaycanın memarları isə bu torpağın yetişdirdiyi vətənpərvər oğullar - Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Qalib Lider İlham Əliyevdir.
Böyük vətənpərvər Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı kimi yetişən İlham Əliyev atasının bu xalq, dövlət üçün gördüyü işlərin əyani şahidi, həm də gələcəkdə Ulu Öndərin yarımçıq qalan işlərini uğurla reallaşdıran layiqli davamçısı oldu. Bütün bunlara görə özünü xoşbəxt sayan İlham Əliyev bu barədə deyirdi: "Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda".
Müdrik rəhbər bilirdi ki, onun yarımçıq qalan işlərini İlham Əliyev layiqincə yerinə yetirəcək. Gün gələcək Azərbaycan bayrağını Şuşaya məhz İlham Əliyev sancacaq. 2003-cü ilin oktyabrın 2-də tarixi müraciətində müdrik rəhbər xalqa üzünü tutaraq əminliklə bildirirdi ki, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək.
Və çox keçmədən Azərbaycan xalqı vaxtilə Ulu Öndərin söylədiyi bütün bu məsələlərin İlham Əliyev tərəfindən əməldə qətiyyətlə gerçəkləşdirildiyinin şahidi oldu.
Bəli, İlham Əliyev əzmi, gücü, iradəsi sayəsində qarşısına qoyduğu milli prioriteti qətiyyətlə gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi, müqəddəs üçrəngli ay-ulduzlu bayrağımızı bu ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyyatlarından sonra Ali Baş Komandan öz əlləri ilə Xankəndində, Ağdərədə, Xocavənddə, Xocalıda, Qarabağ və Zəngəzurun ən uca zirvələrində dalğalandırdı, erməni cəlladlarını qanun qarşısında cavab vermək üşün istintaq kürsüsündə əyləşdirdi. “Qisas qiyamətə qalmadı”! Azərbaycanı bütövləşdirdi.
İndi isə qurucu lider İlham Əliyev daha bir milli prioriteti Böyük qayıdışı gerçəkləşdirmək istiqamətində Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa quruculuq işləri görür.
Bir sözlə, vaxtilə Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə gerçəyə çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixində ən parlaq uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş və indi yüz illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən böyük töhfədir.
Əminik ki, bu gün dünyanın ən böyük azərbaycanlısı, ölkəmizə rəhbərlik etmiş dahi rəhbər, ən əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında torpağını, xalqını sevən vətənpərvər bir oğulun atası olaraq Ulu Öndərin ruhu şaddır.
“Dəyirmi masa”da YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, İrəvanlı kən İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, Sarov kənd tam orta məktəbin direktoru Almaz Qasımova çıxış ediblər. Çıxış edənlər 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımız düşmən işğalından azad olunması, xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.