Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev Azərbaycan dili” mövzusunda “dəyirmi masa” keçirilib.

02 avqust 2023 | 15:37

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dili” mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar. Daha sonra isə “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərdən söhbət açıb.

“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhər 5 saylı tam orta məktəbin direktor müavini Sərxan Yusifzadə, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Evoğlu kənd tam orta məktəbinin direktoru Şahin Hüseynov, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova çıxış edərək Ulu öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü, Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə etdiyini, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu, Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrildiyini, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacağını bildirmişlər.

Keçidlər