Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev Azərbaycan dili” mövzusunda “dəyirmi masa” keçirilib

14 avqust 2023 | 17:55

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin   100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dili” mövzusunda  “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və dövlət qulluqçuları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra isə “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi  bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə etdiyindən, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsindən, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasının və digər tədbirlərin ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıdığınından söhbət açmışdır.

“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov, Hacıqərvənd Kənd İƏD üzrə nümayəndənin müavini Elçin Zeynalov, Xoruzlu Kənd İƏD üzrə nümayəndə Elçin Qasımov, Buruc Kənd İƏD üzrə nümayəndənin müavini Jalə Nəzərova, Dəmirçilər Kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova, Uluqarabəy Kənd İƏD üzrə nümayəndənin mühasibi Zəminə Əzimova, Sarov Kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov, Yuxarı Qapanlı Kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, Səhləbad Kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusivbov çıxış edərək Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tutduğunu, Ümummilli Liderin ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb etdiyini,  hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirdiyini bildirmişlər. Tədbir Ulu Öndərin bu cümlələri ilə bitmişdir: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq."

Keçidlər