Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Heydər Əliyev adına parkda köhnə oturacaqlar yenisi ilə əvəzlənib

28 mart 2025 | 10:46

Tərtər rayonunda aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində binaların, küçələrin,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri aparılır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, vətəndaşların müraciətlərinə əsasən Tərtər Rayon İcra Hakiiyyəti tərəfindən şəhər ərazisində yerləşən Heydər Əliyev adına parkda istismar müddəti başa çatmış oturacaqlar yeniləri ilə əvəz olunub. Eyni zamanda parkda ağaclar mövsümə uyğun olaraq budanıb, yaşıllıq zolağı qaydaya salınıb.

Sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Keçidlər