Tərtərdə həssas qrupdan olan şəxslər üçün sosial dəstək tədbiri keçirilib
16 Sentyabr 2025-ci il tarixində Tərtər Peşə məktəbində Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda şəhid ailələri, müharibə əlilləri, həssas qruplar və digər sosial kateqoriyalardan olan vətəndaşlar üçün sosial dəstək tədbiri keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının mütəxəsisi Vüsal Əzizov, Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Xədicə İsmayılova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, əlilliyi olan və işləmək qabilyyəti olmayan insanlar iştirak edib.
Tədbirdə çıxış edənlər dövlətin bu sahədə həyata keçirdiyi sosial müdafiə proqramları barədə ətraflı məlumat verib, onların məşğulluq imkanlarının artırılması, sosial problemlərinin həlli istiqamətində müzakirələr aparıb və müxtəlif dəstək mexanizmləri təqdim ediblər.
Layihənin əsas məqsədi həssas qrupların sosial rifahının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və məşğulluq imkanlarının artırılmasıdır.
Tədbir çərçivəsində iştirakçılarla fərdi görüşlər keçirilmiş, onların sosial məsələlərinin həlli istiqamətində konkret addımlar müəyyən olunmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






