Tərtərdə “Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsi çərçivəsində tədbir keçirilib
Tərtərdə “Gələcək Naminə” İctimai Birliyi Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsi çərçivəsində tədbir keçirib.
Tədbirə Tərtər Rayon İcra Hakimiyyətinin, “Gələcək Naminə” İctimai Birliyinin, Tərtər Qadın Resurs Mərkəzinin, Yevlax KOB İnkişaf Mərkəzinin, GİKM Tərtər nümayəndəliyinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin nümayəndələri və 17 nəfər həssa qrupdan olan qadınlar qatılıb.
Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.
Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyəti yer alıb.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin əməkdaşı Rəqsanə Məmmədli, “Gələcək Naminə” İctimai Birliyinin sədri Rəvan Cəfərli, Yevlax KOB İnkişaf Mərkəzinin rəhbəri Lalə Məmmədova, Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru Mərziyyə Qəndimova çıxış edərək layihənin işində uğurlar arzulayıblar.
Rəsmi hissə yekunlaşdıqdan sonra peşəkar təlimçilər Tural İsaqov və Nərmin Daşdəmirbəyli tərəfindən Biznesdə qadınlar və Biznes Psixologiyası mövzusunda təlim keçirilib və iştirakçılara "Sahibkar qadın" adlı kitabça təqdim olunub.