Tərtərdə “Gender problemləri” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyənin icrasına başlayıb.
Tərtər rayon İcra hakimiyyətinin və “Regional Gender Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə rayonda layihə çərçivəsində “Gender problemləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə 20 nəfər iştirak edib.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbir iştirakçılarını salamlayaraq, “Regional Gender Mərkəzi“ İctimai Birliyinin sədri və layihə rəhbəri Şərqiyyə Dadaşovanı tədbir iştirakçılarına təqdim edib.Şərqiyə xanım layihə və donor təşkilat haqqında ətraflı məlumat verib, layihənin məqsədini və gözləntilərini açıqlayıb.
Layihə rəhbəri bildirib ki, Azərbaycanda, xüsusilə bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Bu problemlər ictimai və özəl həyatın müxtəlif sahələrinə təsir göstərir. Layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Layihə çərçivəsində bölgələrdə sorğular aparılacaq və “dəyirmi masalar” keçirilərək, müzakirələr aparılacaqdır.
Qeyd olunub ki, layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi və Xocavənd rayonlarında 3 ay müddətində həyata keçiriləcək.
Layihənin eksperti, Səadət Məmmədova çıxış edərək, bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.
“Dəyirmi masa” ətrafında aparılan müzakirələrdə Qaraağacı kən İƏD üzrə nümayəndə Lətif Həmidov,Tərtər Peşə Məktəbinin direktor müavini Esmira Qəhrəmanova,psixoloq Altunə Bayramova fəal iştirak edərək ,mövzu ilə bağlı fikirlərini bildirib, layihənin mövzusunun çox aktual olduğunu vurğulayıblar.
Sonra müzakirələr olub,iştirakçıların sualları cavablandırılıb.






