Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda maarifləndirici tədbir keçirilib

12 mart 2024 | 17:16

12 mart 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında “Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi və üzvləri, Tərtər Şəhər Bələdiyyəsində yaradılmış Gender Komissiyasının sədri və üzvləri,  psixoloqlar və digər şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Gender məsələləri üzrə komissiyanın katibi Rəqsanə Məmmədli bildirib ki, bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti; irsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Sonra çıxış edən Tərtər Şəhər Bələdiyyəsində yaradılmış Gender Komissiyasının sədri Tünzalə Vəliyeva bələdiyyə üzvlərinin əhali ilə sıx təmasada olduğunu, onların problemlərini təhlil etdiklərini, risk qrupundan olan ailələri müəyyən edərək, bilavəsitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verdiklərini bildirmişdir.

Daha sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə və Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova çıxış edərək dövlətimizin “Gender əsaslı zorakılıq hallarının qarşısının alınması” istiqamətində gördüyü işlərdən söhbət açmışlar.

Tədbir diskussiya şəklində davam etdirilib,  iştirakçıların sualları cavablandırılıb.

 

Keçidlər