Tərtərdə "Gender bərabərliyi" və "Qadına qarşı Şiddətə Son" mövzusunda maarifləndirici tədbir keçirilib
Tərtər rayon Peşə məktəbində "Gender bərabərliyi" və "Qadına qarşı Şiddətə Son" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev, Tərtər Peşə Məktəbinin psixoloqu Esmira Hüseynzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin direktoru Cəmil Hacıyev iştirak edib.
Tədbir zamanı "Qadın hüquqları", "Ekrən nikahın qarşısının alınması", Qadınların təhsilə təşviq olunması" və.s mövzuları haqqında geniş söhbətlər aparılıb.
Daha sonra sosial videoçarx izlənilib.
Tədbir sonunda iştirakçıların sualları cavablandırılıb.