Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə gender bərabərliyi, erkən nikah və qohum evliliklərinin qarşısının alınması istiqamətində maarifləndirici təlimlər keçirilib

02 mart 2023 | 12:12

27-28 fevral 2023-cü il tarixində Tərtər şəhər 6 nömrəli və Xoruzlu kənd tam orta məktəblərində “Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyi tərəfindən Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən Cənubi Qafqazda qeyri-hökümət təşkilatların və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artırılması (BREN) layihəsi çərçivəsində 8, 9, 10, 11-ci sinif şagirdlərinin və gənc müəllimlərin gender bərabərliyi istiqamətində maarifləndirilməsi, erkən nikah və qohum evliliklərinin qarşısının alınması istiqamətində maarifləndirici təlim keçirilib.

Təlimlərdə təhsilə çıxış hüququ, erkən nikah, bullinqlə mübarizə, gender əsaslı ayrı-seçkilik və zorakılığa şərait yaradan sosial normaların transformasiyasının zəruriliyi və məktəblərin bu prosesdəki rolu haqqında müzakirələr aparılıb.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli də iştirak edib.

Keçidlər