Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndirici tədbir keçirilib

22 sentyabr 2022 | 18:10

22 sentyabr 2022-ci il tarixdə Tərtər Gənclər mərkəzində KOBİA-nın Tərtər nümayəndəliyinin və Tərtər Gİİ-nin təşkilatçılığı ilə gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndirici dəyirmi masa keçirilmişdir.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər rayon şöbəsinin, KOBİA-nın Tərtər nümayəndəliyinin, İqtisadiyyat Nazirliyinin Qarabağ regional filialının nümayəndələri də olmaqla ümumilikdə 25 nəfər iştirak etmişdir.

Dəyirmi masa ətrafında gənclərə dövlət dəstəyi mexanizmlərindən, özünüməşğulluq layihələrindən ətraflı söhbət aparılaraq gənclər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq təşviq edilmişdir.

Keçidlər