Tərtərdə “Gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği”, “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib
Tərtərdə “Gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği”, “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” mövzularında S.Zeynalov adına Kəngərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Tərtər rayon şöbəsinin zabiti Asim Hüseynov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Kəngərli kənd tam orta məktəbinin direktoru Elçin Mirzəyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər tərəfindən sağlam həyat tərzinin əhəmiyyəti, gigiyena vasitələrindən düzgün istifadə qaydaları barədə danışılıb, məktəblilərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Bir digər mövzu olan Erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.