Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə gecə işıqlandırması yenilənib.

23 noyabr 2025 | 09:54
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Heydər Əliyev adına parkda və prospektdə gecə işıqlandırma sistemi tamamilə yenilənmişdir. Görülən işlər nəticəsində park ərazisində və prospekt boyunca köhnəlmiş və nasaz lampalar yeniləri ilə əvəz olunmuşdur.
 
Bu tədbirlərin əsas məqsədi axşam saatlarında sakinlərin təhlükəsiz və rahat şəkildə hərəkət etməsini təmin etmək, həmçinin şəhər estetik görünüşünü yaxşılaşdırmaqdır. Yeni işıqlandırma sistemi həm şəhər sakinləri, həm də qonaqlar üçün park və prospekt ərazisini daha cəlbedici və istifadə üçün əlverişli etmişdir.
 
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən bu kimi abadlıq işlərinin davamlı olaraq aparılması planlaşdırılır. Rayon rəhbərliyi sakinlərin rifahının yüksəldilməsi və şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
Keçidlər