Tərtərdə “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp layihəsi çərçivəsində seminar keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir.
Layihə çərçivəsində 16 fevral 2024- cü ildə Tərtər rayon YAP inzibati binasında gənclərin iştirakı ilə ətraf mühit, yaşıl dünya və ekoloji problemlər mövzusunda seminar təşkil edilib. Ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərə dəstək məqsədilə keçirilən seminar interaktiv formada keçirilib.
Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, layihə rəhbəri Zaur Quliyev, ETSN 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev çıxış edərək, həyata keçirilən tədbirin əhəmiyyətini qeyd etmiş, iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Eyni zamanda seminarda layihə rəhbəri Zaur Quliyev tərəfindən 20 nəfər yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonu ərazisində 23-24-25 fevral 2024- cü ildə həyata keçiriləcək düşərgə haqqında da təqdimat etmiş, məlumatlandırma həyata keçirilib.
Bildirilibki, düşərgənin keçirilməsində əsas məqsəd yeniyetmə gənclərin qış tətilini səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir. Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaq. Təlimlərdə biomüxtəliflik, Azərbaycanın təbiətini kəşf edək, ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti, tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahətin təşviqi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti və ətraf mühitin qorunması istiqamətində gələcək fəaliyyətlər ilə bağlı müzakirələr ediləcəkdir.
Seminar maraqlı müzakirələrlə davam edərək, xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.