Tərtərdə ət satışı məntəqələrində reyd keçirilib
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Tərtər şəhərində ət satışı məntəqələrində reydlər keçirib.
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında ət satışı məqsədi ilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Belə ki, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində rayon icra hakimiyyəti ilə birlikdə reydlər keçirib. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğularının sahiblərinə icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən ciddi xəbərdarlıq edilib.