Tərtərdə ət kəsim məntəqəsinə baxış keçirilib
22 may 2025 | 14:59
Qurban bayramı ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birlikdə Tərtər şəhəri, Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim məntəqəsində mövcud şəraitlə tanış olub, sahibkara müvafiq tövsiyələr veriblər.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması, qurbanlıq qoyun və danaların ət kəsimi məntəqəsinədə kəsilməsinə nəzarət edilməsi və digər məsələlərlə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupları yaradılıb.