Tərtərdə “Əsgərə məktub” layihəsi həyata keçirilib
23 iyun 2026 | 15:39
Tərtər Rayon İcra Hakimiyyətinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə peşə məktəbində “Əsgərə məktub” hərbi-vətənpərvərlik layihəsi həyata keçirilib.
Keçirilən tədbirin əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, Azərbaycan Ordusuna mənəvi dəstəyin artırılması və milli-mənəvi dəyərlərin təbliğidir.
Layihə çərçivəsində iştirakçılar tərəfindən Azərbaycan əsgərlərinə ünvanlanan məktublar yazılıb. İştirakçılar öz məktublarında rəşadətli Azərbaycan Ordusunun əsgərlərinə sonsuz dəstək və xoş arzularını ifadə etmiş, Vətənə, torpağa və orduya olan sevgilərini böyük qürur hissi ilə bölüşmüşlər.






