Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “əsgərə məktub” layihəsi həyata keçirilib

07 noyabr 2026 | 15:56

07 noyabr 2026-cı il tarixində Tərtər şəhərində yerləşən Ulu Öndər Heydər Əliyev adına parkda 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən “Əsgərə məktub” layihəsi həyata keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, N saylı hərbi hissənin hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.

Layihənin əsas məqsədi Azərbaycan Ordusunun şəxsi heyətinə mənəvi dəstək göstərmək, xalq-ordu birliyini daha da möhkəmləndirmək, Vətənə və dövlətə sədaqət ruhunu təbliğ etmək, həmçinin Zəfər Gününün tarixi əhəmiyyətini bir daha vurğulamaq olub.

Tədbir çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhər sakinləri və tədbir iştirakçıları Vətənimizin keşiyində dayanan igid Azərbaycan əsgərlərinə məktublar ünvanlayaraq onlara bayram təbriklərini, xoş arzularını və səmimi ürək sözlərini çatdırıblar.

Yazılan hər bir məktub xalqımızın öz ordusuna olan sonsuz inamının, sevgisinin və dəstəyinin ifadəsi olub.

“Əsgərə məktub” layihəsi xalqımızla ordumuz arasında sarsılmaz mənəvi bağlılığın, milli birliyin və vətənpərvərlik ruhunun təcəssümüdür.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Keçidlər