Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!”, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib

03 dekabr 2022 | 10:22

Dekabrın 2-də Tərtər şəhər 6 saylı tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Bəxtiyar Əliyev, Təhsil Sektorunun metodisti Gülxar Abbasova, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Elman Kərimov, məktəbin direktoru Azad Abbasov, 10-11-ci sinif şagirdləri və valideynlər  iştirak ediblər.

Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.

Tədbirdə yuxarı sinif şagirdləri ilə narkotiklərin və digər zərərli vərdişlərin uşaqların və gənclərin həyatında törətdiyi fəsadlar haqqında geniş söhbətlər aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər