Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri!”, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib

29 noyabr 2022 | 15:03

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, Tərtər Təhsil Sektorunun metodisti Gülxar Abbasova, Gənclər İdman idarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Nərimanzadə Nəriman,  rayon Mərkəzi Xəstəxanasının həkimi Məhbubə Xanlarova və məktəbin direktoru Gülanə Musayeva  və Şıxarx kənd 2 nömrəli tam orta məktəbinin 10-cu və 11-ci sinif şagirdləri iştirak ediblər.

Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.

Tədbirdə yuxarı sinif şagirdləri ilə narkotiklərin və digər zərərli vərdişlərin uşaqların və gənclərin həyatında törətdiyi fəsadlar haqqında geniş söhbətlər aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər