Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” və “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib

07 oktyabr 2026 | 16:40

Fəqan Həmidov adına Qapanlı kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qaraağacı kənd İƏD-i üzrə nümayəndə Lətif Həmidov, məktəbin direktoru Fitat Əliyeva, məktəbin pedaqoji kollektivi və  şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılmasının zəruri olduğu qeyd olunub.

Həmçinin yeniyetmələr arasında zorakılıq halları, onun hüquqi məsuliyyəti, zərərli vərdişlərin insan sağlamlığına və gələcəyinə mənfi təsiri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər