Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” və “Təhsil müəssələrində zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirilib
Mehman Həsənov adına Köçərli kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Köçərli kənd İƏD üzrə nümayəndəsi Cahangir Məmmədov, məktəbin direktoru Elnur Ələkbərov, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılıb.Qeyd olunub ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Çıxışçılar erkən və qohumlar arasında olan nikahların qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərin aparılmasının zəruriliyi qeyd ediblər.
Tədbirdə həmçinin təhsil müəssələrində yeniyetmələr arasında zorakılıq halları, onun hüquqi məsuliyyəti barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






