Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” və “Gənclər arasında ailə dəyərlərinin təbliği ”mövzusunda tədbir keçirilib

27 fevral 2026 | 17:00

Tərtər rayonunun V.Cəfərov adına  Əskipara kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova,  Əskipara kənd İƏD-i üzrə nümayəndə Elvin Məhərli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim ginekoloqu Ləman Əliyeva, Sahə rəisi polis kapitanı Sakit Almasov,  məktəbin direktoru Sərxan Budaqov, məktəbin müəlim kollektivi,  şagirdlər və valideynlər iştirak ediblər.

Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır.Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Həmçinin sağlam ailənin sağlam cəmiyyətin əsasını təşkil etdiyini, vətəndaşların maariləndirilməsinin və qanunvericiliyin təkmilləşdirilməsinin sağlam cəmiyyətin formalaşdırılmasına təkan verdiyini qeyd etmişlər. Ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac olduğu fikirləri söylənilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər