Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi” və “Təhsildən yayınma hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

22 aprel 2026 | 14:36

Arzuman Ağayev adına  Yuxarı Sarıcalı kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Pərişan Orucova, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun baş məsləhətçisi Müşviq Həsənov,  Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Həyat Hüseynova, məktəbin direktoru Abil Məmmədov, məktəbin pedaqoji kollektivi və  şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərin aparılmasının  zəruriliyi qeyd edilib.

Çıxışlarda həmçinin təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi də vurğulanıb. Şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər