Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi” və “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı” mövzusunda tədbir keçirilib.

12 mart 2026 | 17:47

H.Hüseynov adına  Mamırlı kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin YYÇPİTQ-nın inspektoru-polis leytenantı Sirac Əlizadə,   Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ ASM-nin müdiri Şəfaqət Əzimova, məktəbin direktoru Əli Əzimov, məktəbin müəlim kollektivi və  şagirdlər iştirak ediblər.

Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Həmçinin sağlam ailənin sağlam cəmiyyətin əsasını təşkil etdiyini, vətəndaşların maariləndirilməsinin və qanunvericiliyin təkmilləşdirilməsinin sağlam cəmiyyətin formalaşdırılmasına təkan verdiyini qeyd etmişlər. Ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac olduğu fikirləri söylənilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər