Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikahın fəsadları!”, “Narkomaniyaya yox deyək!” və “Dini radikalizm” mövzusunda tədbir keçirilib.

02 noyabr 2023 | 10:03

Tərtər rayonunun Dəmirçilər kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis baş leytenantı Fərman Haqverdiyev, Tərtər rayon Polis şöbəsinin  Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru- polis kiçik leytenantı  Sirac Əlizadə, Tərtər rayon Polis şöbəsinin İTB-nın polis sahə rəisi-polis kapitanı Ramil Cəfərov,  Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sədiqə Əhmədova,  məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər