Tərtərdə “Erkən nikaha yox deyək!”, “Zərərli vərdişlərə son!” mövzusunda tədbir keçirilib
Buruc kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru polis baş leytinantı Bəxtiyar Əliyev, Gənclər İdman idarəsinin idman sahəsi üzrə aparıcı məsləhətçisi Nərimanzadə Nəriman, Tərtər Təhsil Sektorunun metodisti Gülxar Abbasova, rayon Mərkəzi Xəstəxanasının həkimi Həqiqət Xanlarova, məktəbin direktoru Niyaməddin Aslanov, 10-cu və 11-ci sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Qeyd edilib ki, uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub.
Tədbirdə yuxarı sinif şagirdləri ilə narkotiklərin və digər zərərli vərdişlərin uşaqların və gənclərin həyatında törətdiyi fəsadlar haqqında geniş söhbətlər aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.