Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikaha son deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

10 iyun 2022 | 11:07

 İyunun 9-da Tərtər rayonu Sarov kənd tam orta məktəbində “Erkən nikaha son deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Tərtər Rayon Polis Şöbəsinin Polis mayoru Yetkinlik yaşına çatmayanların proflaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndəsi Arzu Sultanova, Sarov kənd tam orta məktəbin direktoru Rüfət İsmayılov və 9-11 sinif şagirdləri iştirak ediblər.

Erkən nikahın gələcəkdə törədə biləcəyi fəsadlardan geniş şəkildə söhbət aparılmış və müzakirə edildikdən sonra şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər