Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri!”, “Təhsildən yayınma hallarının qarşısının alınması”mövzularında tədbir keçirilib

17 aprel 2024 | 09:42

Tərtərdə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri!”, “Təhsildən yayınma hallarının qarşısının alınması”mövzularında S.Quliyev  adına Tərtər rayon Şıxarx kənd 2 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Tərtər rayon şöbəsinin zabiti Asim Hüseynov,  Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Şıxarx kənd 2 nömrəli tam orta məktəbinin direktoru Laura Musayeva, müəllimlər, valideynlər  və şagirdlər iştirak ediblər.

Çıxış edənlər Erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etmişlər.

Həmçinin Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, şagirdlərin təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər