Tərtərdə "Erkən nikah və onun fəsadları" və "Narkomaniya bəşəriyyət üçün təhlükədir" mövzularında maarifləndirici tədbir keçirilib
Tərtər rayon Vüqar Cəfərov adına Əksipara kənd tam orta məktəbində "Erkən nikah və onun fəsadları" və "Narkomaniya bəşəriyyət üçün təhlükədir" mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun inspektoru Sirac Əlizadə, Tərtər Rayona Mərkəzi Xəstəxananın psixoloqu Təranə Əmiraslanlı, Tərtər rayonu üzrə təhsil sektorunun metodisti, psixoloq Gülxar Abbasova və məktəbin IX- XI sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər tərəfindən sağlam həyat tərzinin əhəmiyyəti barədə məktəblilərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə ediblər.
Həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Bir digər mövzu olan Erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.