Tərtərdə “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib
Tərtər rayon Elnur Muradov adına Hacıqərvənd kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun baş inspektoru İlham Rəhimli, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbin direktoru Sitarə Xəlilova, məktəbin müəllim kollektivi, IX-XI sinif şagirdləri və onların valideyinleri iştirak ediblər.
Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərin aparılmasının zəruriliyi qeyd edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.