Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ənənəvi veloyürüş təşkil edilmişdir.

03 iyun 2026 | 16:42
 
03 iyun 2026-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında rayon məktəbliləri arasında "03 İyun — Beynəlxalq Velosiped Günü" münasibətilə 3 km məsafəni qət etməklə veloyürüş təşkil edilmişdir. Yürüşün start nöqtəsi Tərtər rayonu Bayraq meydanı, finiş xətti isə Mərkəzi meydan olmuşdur. Veloyürüşə ümumilikdə 54 nəfər məktəbli qoşulmuşdur.
 
Tədbirin təşkilində əsas məqsəd idmanın kütləviliyini artırmaq, əhali arasında sağlam həyat tərzinin təbliği, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadənin təşviqi və ətraf mühitin qorunmasına diqqətin artırılmasından ibarət olmuşdur.
Keçidlər