Tərtərdə “Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib
Oktyabrın 13-də Tərtər rayonunda “Qayğıya ehtiyacı və Əlilliliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, böyük məsləhətçisi Pərviz Murtuzayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, İctimai birliyin sədri Yasəmən Qəyyumlu, idarə heyəti, təlimçi həkim Bəkir Nağıyev, protezlərdən, əsas və korsetlərdən istifadə edən Vətən müharibəsinin əlilləri, “Ədalət yolu” qəzetinin baş redaktoru Lalə Həşimova iştirak ediblər.
Öncə təlimçi həkim Bəkir Nağıyev protezlərdən, əsa və korsetlərdən istifadə zamanı əziyyət çəkən əlilləri dinləyib, onlara müvafiq tövsiyələr verib və istifadə qaydalarını izah edib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Birlik sədri Yasəmən Qəyyumlu, “Ədalət yolu” qəzetinin baş redaktoru Lalə Həşimova onların əməyini, müharibə zamanı döyüş meydanında göstərdikləri igidliyi xüsusi vurğulayıb və onlara daha dözümlü, qətiyyətli olmağı tövsiyə ediblər.
Hər bir əlilə tədbirlə bağlı və layihəyə uyğun olaraq mövcud problemlərini qeyd etmək üçün dəftər və qələmlər paylanılıb.
Tədbir sonrası əlillərə və qonaqlara çay süfrəsi təşkil olunub.