Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə elektrik təchizatı ilə bağlı problemlər müzakirə olunub

03 dekabr 2025 | 12:40

Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Qədir Həsənovla görüş keçirib. Görüşdə Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarovda iştirak edib.

Görüş zamanı rayonun elektrik təsərrüfatının mövcud vəziyyəti, görüləcək işlər və rayonun elektrik təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə olunub. Həmçinin rayonun bir sıra kəndlərində – xüsusilə Evoğlu, Hüsənli, Xoruzlu, Bəyəmsarov, Kəbirli və Ələsgərli kəndlərində mövcud olan elektrik enerjisi ilə bağlı problemlər və vətəndaş müraciətləri müzakirə olunub. Qeyd edilib ki, bu kəndlərdə elektrik xətləri yararsız vəziyyətdədir və artıq istismara yararsız hala düşüb. Müasir tipli SIP kabellərlə təmin olunmasına ciddi ehtiyac var.

Qədir Həsənov məsələ ilə bağlı aidiyyəti üzrə məlumatların toplanaraq tədbirlər görüləcəyini bildirib. Görüşdə vətəndaşların enerji təchizatı ilə bağlı narahatlıqlarının tez bir zamanda aradan qaldırılması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Keçidlər