Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə tədbiri keçirilib

15 oktyabr 2024 | 12:35

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının İnzibati binasında “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək  təbii sərvətlərdən biri olan elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu bildirib, təbii sərvətlərin tükənən olmasını nəzərə çatdıraraq təcrübələr tətbiq etməklə enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışıblar.

Bildirilib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilib. Ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin reallaşdırılması tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif  çirklənmələrə məruz qalıb. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora balansının pozulması  ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub.

Sonda çıxış edənlər tədbir iştirakçılarına evdə və iş şəraitində istifadə olunan məişət texnikası və elektrik cihazlarından səmərəli istifadə etməklə enerjiyə qənaət etməyin vacibliyindən bəhs ediblər.

Keçidlər