Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda maarifləndirici görüşlər keçirilib

16 oktyabr 2024 | 17:01

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 16 oktyabr 2024-cü il tarixdə Tərtər şəhəri ərazisində “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda sakinlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib.

Tərtər rayon İcra Hakimiyyətinin və rayon elektrik şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Mənzil İstehsalat Təmir İstismar sahəsinin əməkdaşları, rayon sakinləri iştirak ediblər. Görüş zamanı çıxış edən Tərtər rayon icra hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Cavid Əliyev təbii sərvətlərdən biri olan elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu bildirib. Təbii sərvətlərin tükənən olmasını nəzərə çatdıraraq təcrübələr tətbiq etməklə enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışıb. Tərtər rayon elektrik şəbəkəsinin sahə rəisi Rafiq Rəhimov evdə və iş şəraitində istifadə olunan məişət texnikası və elektrik cihazlarından səmərəli istifadə etməklə enerjiyə qənaət etməyin vacibliyindən bəhs edib. 

Keçidlər