Tərtərdə Elektrik enerjisindən qənaətlə istfadəninin təbliği mövzusunda növbəti marifləndirici görüş keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Tərtər rayonu ərazisində “Elektrik enerjisindən qənaətlə istifadənin təbliği” mövzusunda sakinlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon elektrik şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, İƏD üzrə nümayəndələr və Bələdiyyə sədrləri və rayon sakinləri iştirak ediblər. Görüş zamanı çıxış edən Tərtər Rayon icra hakimiyyətinin və Tərtər Elektirik şəbəkəsinin əməkdaşları tərəfindən təbii sərvətlərdən biri olan elektrik enerjisinin insan həyatında mühüm rolunun olduğunu bildirib. Təbii sərvətlərin tükənən olmasını nəzərə çatdıraraq təcrübələr tətbiq etməklə enerjiyə və kommunal ödənişlərə qənaət etməyin mümkünlüyündən danışıb. Tərtər rayon elektrik şəbəkəsinin nümayəndəsi tərəfindən evdə və iş şəraitində istifadə olunan məişət texnikası və elektrik cihazlarından səmərəli istifadə etməklə enerjiyə qənaət etməyin vacibliyindən bəhs edib.






