Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib

15 noyabr 2022 | 12:16

Noyabrın 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul” istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Tərtər rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib. 

Seminar Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutub. 

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli çıxış edib. Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul”  istehsalının təşviqi” layihəsinin komanda heyəti ilə seminar iştirakçılarını tanış edib. 

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlının təklifi ilə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, Ekoloji İnformasiya İctimai Birliyinin həyata keçirdiyi “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul” istehsalının təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağgentliyinin maliyyə yardımı ilə icra olunur. Layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda- Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların təşviqi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə ehtiyyac böyükdür. Buna görə də həyata keçirilən layihənin ideyasına önəm verilib.

Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev ekoloji təmiz məhsul anlayışına aydınlıq gətirib. Dünyada ekoloji təmiz məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir. Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatı isə ətraf mühitin təbii ehtiyyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq mümkündür.

Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Arif Behbudov da öz növbəsində çıxı edərək həyata keçirilən layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Fermerlərin maarifləndirilməsi baxımından belə seminarların keçirilməsinə ehtiyyac duyulduğunu vurğulayıb. Layihənin komanda heyətinə uğurlar arzulayıb.

Tərtərli  fermerlər də ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehasalı barədə müzakirələrdə fəallıq nümayiş etdiriblər. Onlar da həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni yüksək qiymətləndiriblər. Layihənin komanda heyətinə uğurlar arzulayıblar.

Çıxışlardan sonra seminarın gündəliyinə uyğun olaraq  çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara dəftərxana ləvazimatları, bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanılıb.  

Keçidlər