Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayonda fəaliyyət göstərən ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub.