Tərtərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətən Müharibəsində və antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların ailələrinə bayram sovqatları paylanılıb
26 dekabr 2023 | 11:46
Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətən Müharibəsində və antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbi qulluqçuların ailələrinə ərzaq yardımı edib.
Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və İƏD üzrə nümayəndələr iştirak ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.