Tərtərdə "Dövlət və din - Dini radikalizmin profilaktikası" mövzusunda maarifləndirici görüş keçirilib
Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin və Tərtər rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər şəhər 6 nömrəli tam orta məktəbdə "Dövlət və din - Dini radikalizmin profilaktikası" mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə öncəliklə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirici görüşdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Anar Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin məsul əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və Tərtər rayon Polis şöbəsində yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili qrupunun inspektoru - polis leytenantı Sirac Əlizadə çıxış edərək dini radikalizm və onun cəmiyyətimiz üçün yarada biləcəyi problemlər barəsində iştirakçılara məlumat veriblər.
Həmçinin çıxışlarda şagirdlərin bu mövzuda daha diqqətli olması və həmin problemlə qarşılaşdıqları zaman edə biləcəkləri profilaktik tədbirlərlə bağlı ətraflı məlumat verilib.






