Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib

10 noyabr 2022 | 14:12

Tərtər Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim keçirilib. Təlimdə rayonunun  İƏD üzrə nümayəndəliklərdə, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən dövlət qulluqçuları iştirak ediblər.

Təlim Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 8.9.3-cü bəndinin icrasını təmin etmək məqsədini daşıyıb.

Təlimi giriş nitqi ilə açan Tərtər Rayon İcra Hakimiyyətin başçısının birinci müavini Elvin Umudov açıb. O, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulmasından, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilməsindən, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatların yaradılmasından danışıb.

Tərtər RİHB Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış edərək təlim iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verib.

Təlim zamanı tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb edilən təlimlərlə bağlı praktik tapşırıqlar da yerinə yetirilib.

Keçidlər