Tərtərdə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək tədbirin məqsədindən danışıb. Qeyd edib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur.
Tədbirdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə də məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.