Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Dövlət Qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsilə bağlı tədbir keçirilib

08 yanvar 2025 | 16:20

Tərtər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair tərtib edilmiş illik hesabatın müzakirəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.

Tədbir iştirakçılarına dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilmiş, həmçinin 2024-cü ildə dövlət qulluqçularının qiymətləndirlməsinə dair hazırlanmış hesabat müzakirə olunmuş, növbəti 2025-ci il üçün dövlət qulluqçularına tövsiyyələr verilmişdir.

Keçidlər