Tərtərdə Dövlət Qulluqçularının etik davranışı mövzusunda maarifləndririci tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, aparatın məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və icra nümayəndələri iştirak edib.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək “Dövlət Qulluqçularının etik davranışı” qaydaları haqqında Azaərbaycan Respublikası Qanunun əsas məqsədlərindən, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasından, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına ehtimadının yüksəldilməsindən, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından eyni zamanda hər bir dövlət qulluqçusunun öz fəaliyyətində qanun aliliyini, insan hüquqlarını və yüksək etik davranış qaydalarınını rəhbər tutmalı olduğunu, eləcədə etik davranış qaydalarına və prinsiplərinə hər bir dövlət qulluqçusunun əməl etməsini vurğulamışdır.
Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən Elvin Umudov bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.
Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.